Avro bölgəsində istehlak qiymətləri gözlənilmədən yüksəldi
Avropa İttifaqının statistika idarəsi olan Avrostatın (Eurostat) son məlumatlarına əsasən, Avro Bölgəsində illik inflyasiya tempi sentyabr ayında 2.2%-ə yüksələrək avqust ayındakı 2.0% səviyyəsini geridə qoyub.
Resorting.Az xəbər verir ki, bu artım həm proqnozlaşdırılan səviyyəyə uyğun olsa da, bir çox iqtisadçılar bu mərhələdə daha sürətli eniş gözləyirdilər. İnfalyasiya artımına əsas təkan verən sektor xidmətlər olub, burada illik qiymət artımı 3.2% təşkil edib ki, bu da yüksək əmək haqqı təzyiqlərinin davam etdiyini göstərir. Ərzaq, alkoqollu içkilər və tütün məhsulları üzrə qiymət artımı da davam edərək 3.0% səviyyəsində qalıb. Enerji qiymətləri isə neqativ ərazidə qalmaqla ümumi inflyasiya tempinin daha da yüksəlməsinin qarşısını alıb. Avropa Mərkəzi Bankı (AMB) bu məlumatları diqqətlə izləyir və bu rəqəmlər yaxın gələcəkdə faiz dərəcələrinin endirilməsi qərarını təxirə sala bilər.
nigar