Dubay və Bəhreyndə Qаrаbağ və Şərqi Zəngəzurun “yaşıl sərmayə” potensialı barədə təqdimatlar edilib

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsinin icrasını davam etdirir.

Dubay və Bəhreyndə Qаrаbağ və Şərqi Zəngəzurun “yaşıl sərmayə” potensialı barədə təqdimatlar edilib
Dubay və Bəhreyndə Qаrаbağ və Şərqi Zəngəzurun “yaşıl sərmayə” potensialı barədə təqdimatlar edilib

Resorting.Az xəbər verir ki, 2025-ci il 1-2 sentyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində Azərbaycan Ticarət Evində “Panacea” şirkətinin həmtəsisçisi Sohail Ahmad, “QITMEER Smart Management Consultancies” təşkilatının rəhbəri prof. Abdussalam İsmayıl Onagun, Alhuda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzinin (CIBE) rəhbəri Muhammad Zubair, Arqaam Capital şirkətinin rəhbəri Abdul Kadir Hussain və digər sərmayəçi və biznes əlaqələndiriciləri ilə, 3-4 sentyabr tarixlərində isə Bəhreynin Manama şəhərində İslam Maliyyə Qurumları üçün Mühasibat və Audit Təşkilatının (AAOIFI) rəhbəri Omar Mustafa Ansari, Bəhreyn Bankçılıq və Maliyyə İnstitutunun (BIBF) rəhbəri Dr. Rizvan Malik, Beynəlxalq İslam Maliyyə Bazarının (IIFM) icraçı direktoru cənab Ijlal Ahmed Alvi və İslam Beynəlxalq Reytinq Agentliyinin (IIRA) CFA, baş direktoru Sabin Əhməd ilə layihə çərçivəsində görüşlər keçirilib.

İctimai Birliyin sədri Ruslan Atakişiyev bildirib ki, layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yaşıl investisiya yatırımları barəsində məlumatlar verərək regionun dirçəldilməsinə sərmayə cəlbinə ictimai dəstək göstərməkdir.

Görüşlər zamanı layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya potensialı barədə ətraflı məlumat verilib, bölgənin kənd təsərrüfatı, turizm, emal sənayesi və tikinti materialları sahələrində böyük potensiala malik olduğu vurğulanıb, həmçinin sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi və gömrük güzəştləri, sənaye parkları barədə məlumat verilib. 

Layihə çərçivəsində, anoloji görüşlərin sentyabrın 8-dən etibarən Türkiyənin İstanbul şəhərlərində də keçirilməsi planlaşdırılır. 

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.