Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan boksçusu Zaur Qəhrəmanov Liverpulda dünya çempionatına qələbə ilə başlayıb. 65 kq çəkidə mübarizə aparan milli üzvü 1/32 finalda Denis Brillə (Almaniya) qarşılaşıb.

Resorting.Az xəbər verir ki, hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.
O, 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.
Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.