Azərbaycanda booking.com üzrə hotellərdə gecələmə qiyməti noyabrda 170% artıb

Azərbaycanda booking.com üzrə hotellərdə gecələmə qiyməti noyabrda 170% artıb

Booking.com üzrə bir neçə ölkədə hotellərin müxtəlif aylara görə orta qiymət göstəriciləri açıqlanıb.

“Resorting.az” xəbər verir ki, cari ilin yanvar ayında booking.com üzrə Azərbaycanda hotellərin orta qiymət göstəricisi 87 manat, Ermənistanda 106, Gürcüstanda 159, İstanbulda 159 manat olub.

Fevral-iyul aylarında Azərbaycanda booking.com üzrə hotellərdə gecələmə qiymətləri artıb. Belə ki, fevralda booking.com üzrə Azərbaycanda hotellərin orta qiymət göstəricisi 102, martda 134, apreldə bir qədər azalaraq 131, mayda 131, iyunda 138, iyulda 136 manat təşkil edib. Avqust ayında isə booking.com üzrə Azərbaycanda hotellərin orta qiymət göstəricisi kifayət qədər azalaraq 118 manat təşkil edib.

Eyni dövrdə digər ölkələr üzrə qiymət qeyri-stabil olub.

Azərbaycanda booking.com üzrə hotellərdə gecələmə qiymət sentyabrda 150, oktyabrda 140, noyabrda isə 406 manat təşkil edib. Bununla da sentyabrla müqayisədə Azərbaycanda booking.com üzrə hotellərdə gecələmə qiyməti noyabrda 170% artıb.