Türkiyənin kəşf edilməmiş cənnəti: Kalem Adası
2025-ci ilin avqust ayında Türkiyənin kruiz turizmi sektoru rekord göstəricilərə çatıb. Belə ki, ilin ilk 7 ayı ərzində kruiz gəmiləri ilə ölkəyə gələn turistlərin sayı 1 milyonu ötüb.

Türkiyənin ən gözəl gizli cənnətlərindən biri olan və hətta İzmir sakinlərinin belə çox tanımadığı Kalem Adası Dikili sahillərində yerləşir.
Egey dənizindəki cənnət parçası
Resorting.az xəbər verir ki, Dikiliyə 450 metr məsafədə yerləşən Kalem Adası hələ də toxunulmamış qalaraq sakitliyi və gözoxşayan gözəlliyi ilə seçilir. Adanı əhatə edən əsrlik zeytun ağacları və antik dövrün izləri buranı bir cənnətə çevirir. Təsadüfi deyil ki, bəziləri buranı Türkiyənin Maldivi və ya Karib dənizi kimi xarakterizə edir.
Tarixi şöhrət
Qədim bir Rum kəndi olan Bademli yaxınlığında yerləşən Kalem Adasının tarixi e.ə. 1700-cü illərə, yəni "Aiolis" dövrünə gedib çıxır. Tarixdə "işıq saçan" mənasına gələn "Arginnsai" adı ilə də tanınan bu ada, sularında batmış yüzlərlə gəmiyə şahidlik edən böyük dəniz döyüşlərinə ev sahibliyi edib. E.ə. 406-cı ildə burada Sparta və Afina donanmaları arasında qızğın bir döyüş baş verib.
Türkiyənin yeganə ada hoteli
1973-cü ildən bəri şəxsi mülkiyyətə aid olan Kalem Adasının sahəsi 480 min kvadratmetrdir və üzərində Türkiyənin yeganə ada hoteli – "Oliviera Resort" yerləşir. Bu ada hoteli, kütləvi turizmdən uzaq, sakit və dinc bir tətil axtarışında olanlar üçün mükəmməl bir seçimdir. Adada kamp qurmaq qadağan edildiyi üçün burada səs-küydən uzaq, yalnız təbiətin səsləri ilə əhatə olunmuş bir mühit tapa bilərsiniz.
Hüzur və sağlamlıq məkanı
Adanın incə qumlu, Mavi Bayraqlı çimərliyi və kristal təmizliyi ilə diqqət çəkən suları ruhunuzu dincəldəcək. Rəvayətlərə görə, Kalem Adasının suları çox şəfalıdır. Adada yerləşən heykəllər, antik qalıqlar və zeytun ağaclarının kölgəsində gəzinti etmək, şəkil çəkdirmək üçün unikal imkanlar yaradır.
Kalem Adasının gecələri də ən az gündüzləri qədər möhtəşəmdir. İşıq çirkliliyinin olmaması səbəbindən burada ulduzları aydın şəkildə müşahidə etmək mümkündür. Bu cəhətdən Qələm Adası romantik anlar yaşamaq və ya bal ayı keçirmək üçün ideal bir məkandır.
Qələm Adasını kəşf etdikdən sonra tətil anlayışınızın dəyişməsi çox ehtimaldır. Bu səbəbdən, bu xüsusi məkanı ziyarət etmək üçün tələsmək lazımdır. Xoş səyahətlər!