Şimali Kipr Məzunu Qarabağ Şəhidi Nəsimi Kərimov Anım Günündə Dualarla Yad Edilir

Şimali Kipr Məzunu Qarabağ Şəhidi Nəsimi Kərimov Anım Günündə Dualarla Yad Edilir

BAKI, Serdar Şəngül

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda İkinci Qarabağ müharibəsində canını fəda edən qəhrəman şəhidimiz Nəsimi Kərimov şəhadətinin ildönümündə hörmət və dualarla yad edilir.

Nəsimi Kərimov sadəcə bir əsgər deyil, həm də Türk dünyasının ortaq bağlarını daşıyan bir təhsil keçmişinə malik idi. Şimali Kipr Türk Respublikasında (ŞKTR) ali təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq Silahlı Qüvvələrdə xidmətə başladı. Gənc yaşında böyük bir idealın parçası olaraq Vətən müdafiəsinə qatıldı və Qarabağ döyüşlərində şəhid oldu.

Şəhid Kərimovun təhsil həyatı haqqında Kıbrıs Türk Xəbər-in Azərbaycan nümayəndəsi Serdar Şəngülə açıqlama verən qardaşı Ömər Xeyyam Kərimov bunları deyib:

"Nəsimi, təkcə Azərbaycanın deyil, bütün Türk millətinin övladı idi. Universiteti ŞKTR-də bitirmiş, həm savadlı, həm də qətiyyətli bir gənc idi. Onun şəhidliyi yalnız Azərbaycanda deyil, Kipr türk xalqının da ürəyində dərin iz buraxdı."

Bu gün Azərbaycanın bir çox bölgəsində, xüsusilə də şəhidin anadan olduğu kənddə və məzarı başında anım mərasimləri keçirilir. Mərasimlərdə Qurani-Kərim oxunur, dualar edilir və ailəsinə, silahdaşlarına başsağlığı verilir.

Ruhu şad, məkanı cənnət olsun. Adın Qarabağın dağlarında və Türk millətinin qəlbində əbədi yaşayacaq.

İstinad linki: https://www.kibristurk.com/kktc-mezunu-azerbaycan-karabag-sehidimizin-yil-donumu#google_vignette