Paraüzgüçümüz Raman Salei dünya çempionudur

Üç qat Paralimpiya çempionu paraüzgüçümüz Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən Paraüzgüçülük üzrə Dünya çempionatının ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

Paraüzgüçümüz Raman Salei dünya çempionudur
Paraüzgüçümüz Raman Salei dünya çempionudur

Resorting.Az xəbər verir ki, dördüncü dəfə dünya çempionu olan idmançımız 27 sentyabradək davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.