Kürşad Zorlu: “Qarabağ”ın qələbəsi zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəllisidir

“Can Azərbaycanın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında “Benfika”nın qarşısında ilk qələbəsini qazandı. Bu uğur, zəfərlə taclanan müstəqillik mübarizəsinin idmandakı təcəssümüdür”.

Bu ifadələr Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun sosial media hesabındakı paylaşımında yer alır.

“Azadlıqdan bir neçə gün sonra bu videonu çəkmişdim. Baxın, Qarabağ futbolunda haradan-haraya gəldik! Qürurvericidir! Ürəkdən təbrik edirəm”,- deyə o Ağdamda çəkdiyi videokadrları postuna əlavə edib.