Erməni cüdoçunu məğlub edən Anar Quliyev bürünc medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürüb. İlk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.

Erməni cüdoçunu məğlub edən Anar Quliyev bürünc medal qazanıb
Erməni cüdoçunu məğlub edən Anar Quliyev bürünc medal qazanıb

Resorting.az xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan Anar Quliyev ilk görüşdə Ermənistan cüdoçusu Narek Davtyana ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Arman Mıssaya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə Omer Mor Barakdan (İsrail) güclü olub. Avropa çempionumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Tsvetelin Martinovu məğlub edərək bürünc medala yiyələnib. 

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 10 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunur.