Boksçularımız “Brandenburq kuboku”nda mübarizə aparacaq

Resorting.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.