Hüseyn Məmmədli Zalsburqda keçirilən "Karate-1" A Seriya turnirində gümüş medal qazanıb

İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.

Hüseyn Məmmədli Zalsburqda keçirilən "Karate-1" A Seriya turnirində gümüş medal qazanıb
Hüseyn Məmmədli Zalsburqda keçirilən "Karate-1" A Seriya turnirində gümüş medal qazanıb

Resorting.Az xəbər verir ki, təcrübəli karateçimiz yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.

Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Hüseyn Məmmədlinin qazandığı medal Azərbaycan karateçilərinin beynəlxalq arenadakı uğurlarının davamıdır.