"Arasco" və "Logi group" "Bu gün 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunub

"Arasco" və "Logi group" "Bu gün 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunub

Bu gün 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” öz fəaliyyətinə başlayıb və şirkətimiz də tədbirdə təmsil olunub”.

Bunu Reorting.Az-a açıqlamasında "Arasco"nun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəti Tuğba Kamer deyib. 

O bildirib ki, "Arasco" ilə yanaşı və "Logi group" da sərgidə təmsil olunub: "Sektor üzrə yeniliklərin yaxından izlənilməsi, dəyərli iş tərəfdaşları ilə görüşlər və yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə təşkil olunan sərgini mühüm platforma kimi qiymətləndiririk. Qeyd edim ki, sərgi müddətində komandamız yeni layihələr və sahənin gələcək inkişaf perspektivləri ilə bağlı müzakirələr aparacaq”.

“Bakıda fəaliyyət göstərən bütün peşəkarlar və tərəfdaşlar stendimizə dəvət olunur”, deyə Tuğba Kamer əlavə edib.