Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub. Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb
Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Resorting.Az xəbər verir ki, qaliblər diplom və medallarla mükafatlandırılıblar.  Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, MDB Oyunlarında  avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.