Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görulüblər
Stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar.

Resorting.Az xəbər verir ki, komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi, finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, sayca üçuncu olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.