Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib.
Yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsinə töhfə verilməsi məqsədi daşıyan aksiyalar müvafiq şirkət və təşkilatların dəstəyi ilə baş tutub.
Aksiyalar çərçivəsində noyabrın 4-də “AzInTelecom”un dəstəyi ilə Ağdam rayonunun Sarıcalı kəndində 40 sot ərazidə ümumilikdə 130 ağac əkilib. Əkilən ağacların 80-i badam, 50-si isə zeytun ağacıdır.
Noyabrın 5-də isə “Yaşıl Qarabağ” İctimai Birliyinin dəstəyi ilə Xocavənd şəhərində 30 sot ərazidə 50 meyvə ağacı əkilib.
Beləliklə, ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 70 sot ərazidə 180 ağacın əkilməsi təmin edilib.
Zəfər Günü münasibətilə keçirilən bu aksiyalar işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına, yaşıllıq sahələrinin artırılmasına və doğma torpaqların daha da gözəlləşdirilməsinə xidmət edir.
Qarabağda aparılan bərpa və quruculuq işləri ilə yanaşı, yaşıllıqların salınması və təbii mühitin qorunması istiqamətində həyata keçirilən belə təşəbbüslər Böyük Qayıdışın ekoloji və sosial aspektlərinin inkişafına da mühüm töhfə verir.
Xocavənd
nigar