“Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilib

Buzovna qayalıqlarının ekoloji və tarixi əhəmiyyətini tanıtmaq, ictimai mühitə qarşı sosial məsuliyyət hissini artırmaq, sənət vasitəsilə təbiət və insan arasındakı əlaqəni göstərmək, təbiət abidələrinin qorunmasına çağırış etmək məqsədilə həyata keçirilən “Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilib.

“Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilib
“Xəzərin mirvarisi – Buzovna qayalığı” layihəsinə start verilib.

Resorting.Az xəbər verir ki, bu layihə Ülkər Əliyeva və Sədaqət Zaurqızının kuratorluğu ilə Buzovna, habelə digər Bakı kənd sakinlərindən ibarət ekoloji könüllülər komandası olan Tarixi Abidələr Könüllüləri ilə birgə həyata keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində Buzovna sahilindəki tarixi qayalıqların ekoloji və mədəni dəyərinə diqqət çəkmək əsas hədəflərdən biridir. Layihənin icrası “Plenerdə rəsm”, “Konseptual yanaşma”, “Hesabat sərgisi” başlıqları altında mərhələli şəkildə nəzərdə tutulur.

İlkin mərhələ olan “Plenerdə rəsm” 31 avqust tarixində Buzovna dənizkənarı qayalıqların Dövlət Təbiət abidəsi ərazisində təşkil olunub. Bu mərhələdə bir çox təcrübəli rəssamlar ilə yanaşı, Bakı Gənclər Mərkəzi və Xəzər Gənclər Evinin gənc rəssamları da qeyd olunan ərazidə etüdlər işləyərək sözügedən tarixi qayalıqların gözəlliyini və üzləşdiyi ekoloji problemləri əsərlərində əbədiləşdirib. əcək.

Qeyd edək ki, plenerdə Rəfayel Muradov, Arif Əziz, Arif Hüseynov, Vüqar Əli, İlqar Əkbərov, Mir Azər Abdullayev, Nailə Əhmədova, Polad Məmmədov kimi bir sıra məşhur rəssamlar iştirak edib.