Türkiyəyə 2025-ci ilin ilk 7 ayında kruizlə gələn turistlərin sayı 1 milyonu ötüb

Türkiyənin kruiz turizmi 2025-ci ilin ilk yeddi ayında əhəmiyyətli artım nümayiş etdirərək tarixi bir rekorda imza atıb.
Resorting.az Türkiyənin rəsmi statistikalarına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 7 ayında kruizlə gələn turistlərin sayı 1 milyonu ötüb.
Belə ki, cari ilin yanvar-iyul aylarında Türkiyəyə 675 kruiz gəmisi ilə səyahət edən, geri dönən və tranzit yol kimi istifadə edən turistlərin sayı keçən illə müqayisədə 18,9% artaraq 890 mindən bir milyon 58 minə çatıb.
Bu dövrdə kruiz turistlərinin ən çox üz tutduğu liman 516 min turistlə Kuşadası olub. Ölkənin ən böyük limanlarından olan İstanbul 301 min turistlə ikinci sırada, Bodrum 67 min və İzmir isə 52 min turistlə ilk dördlükdə yer alıb. Bu göstəricilər Türkiyənin kruiz turizmi sektorunda dinamik inkişafını bir daha təsdiqləyir.