Stolüstü tennisçilər Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər
Stolüstü tennisçilər bu gün Qırğızıstana yollanıblar.

Resorting.Az xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə uğrunda mübarizə aparacaq. Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.