Şəkini üfunət bürüdü: turistlər şəhəri tərk edirlər – VİDEO

Şəkidə üfunət və pis qoxu ilə bağlı yaranan vəziyyət yerli sakinlərlə yanaşı, şəhərə gələn turistləri də narahat edir.

Şəkini üfunət bürüdü: turistlər şəhəri tərk edirlər – VİDEO
Şəkini üfunət bürüdü: turistlər şəhəri tərk edirlər – VİDEO

Resorting.Az xəbər verir ki, şəhəri bürüyən pis qoxunun əsas səbəbi məişət tullantılarının açıq ərazidə yandırılmasıdır. Bu isə həm ekoloji baxımdan təhlükəlidir, həm də şəhərin turizm imicinə mənfi təsir göstərir.

AzTV-nin əldə etdiyi məlumata görə, son günlər Şəkiyə səfər edən bəzi turistlər yaranan vəziyyətə görə səfərlərini yarımçıq saxlayaraq şəhəri tərk etmək məcburiyyətində qalıblar.

Hadisə yerindən təqdim olunan birbaşa bağlantını sizə təqdim  edirik:

https://youtu.be/oWCxhznxSQM

https://youtube.com/shorts/QT5adseBZLQ