Beynəlxalq neft bazarlarında qeyri-müəyyənlik: Bu həftə kəskin eniş qeydə alınıb

Beynəlxalq neft bazarlarında qeyri-müəyyənlik davam edir

Beynəlxalq neft bazarlarında qeyri-müəyyənlik: Bu həftə kəskin eniş qeydə alınıb
Beynəlxalq neft bazarlarında qeyri-müəyyənlik: Bu həftə kəskin eniş qeydə alınıb

Resorting.Az xəbər verir ki, dünya neft bazarlarında Brent markalı xam neftin qiyməti son günlərdə nisbətən sabit qalsa da, bu həftəni ciddi itkilərlə başa vurur.

Qiymətlər, bir həftə ərzində təxminən
8%-dən çox kəskin eniş yaşayaraq investorları narahat edib. Bu enişin əsas səbəbi kimi OPEC+ ölkələri tərəfindən tədarük həcminin artırıla biləcəyinə dair yayılan xəbərlər göstərilir. Ekspertlərin fikrincə, qlobal iqtisadi artım tempi ilə bağlı qeyri-müəyyənlik və bəzi iri istehlakçı ölkələrdə tələbatın gözləniləndən aşağı olması da neftin qiymətinə təzyiq göstərir. Hazırda Brent neftinin bir barelinin qiyməti təxminən 64 dollar səviyyəsində, WTI neftinin qiyməti isə 60 dollar ətrafında formalaşıb. Bazar iştirakçıları növbəti həftənin əvvəlində OPEC+ qrupunun mövqeyinə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirlər.