Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular

Oktyabrın 4-də III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara yekun vurulub. Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 16 çəki dərəcəsi üzrə 28 idmançımız tatamiyə çıxıb.

Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular
Cüdoçularımız III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurdular

Resorting.Az xəbər verir ki, yığmamız toplamda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb. Gülşən Hüseynova (-44 kq), Könül Eyvazlı (-48 kq), Nərmin Ağamirzəzadə (-52 kq), Zeyd Ələsgərov (-60 kq) və Fəxri Sahibzadə (-66 kq) çempion olub.
Sunay Salamova (-40 kq), Nəzakət Vəliyeva (-57 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-60 kq), Məhəmməd Ağakişiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş medallara sahib çıxıb. 

Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Fidan Cəlilli (-70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Sadiq Məmmədov (-73 kq), Nurəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) yazdırıb. 

Millimiz bu nəticə ilə fərdi yarışları ümumi komanda hesabında ikinci, qızların mübarizəsində isə birinci pillədə tamamlayıb. Qeyd edək ki, Oyunlarda 6 ölkəni təmsil edən 91 cüdoçu (50 oğlan, 41 qız) mübarizə aparıb. 

Qeyd edək ki, sabah cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək.