Ruslan Lunev “Lapua” Avropa Kubokunda qızıl medal qazandı!
“Lapua” Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunev möhtəşəm çıxışı ilə birinciliyə yüksəldi
Resorting.Az xəbər verir ki, Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən nüfuzlu “Lapua” Avropa Kubokunda Azərbaycan atıcısı Ruslan Lunev möhtəşəm çıxışı ilə birinciliyə yüksəldi.
25 metr məsafəyə atəş üzrə yarışda Lunev ardıcıl və dəqiq atışlarla 574 xal (14x) nəticə göstərərək güclü rəqiblərini geridə qoydu və ölkəmizə qızıl medal qazandırdı.

nigar