Millimiz dünya üçüncüsü oldu

Mllimiz medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb

Millimiz dünya üçüncüsü oldu
Millimiz dünya üçüncüsü oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

Resorting.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb. 90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.