Kapital Bank indiyə kimi işğaldan azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb

Kapital Bank indiyə kimi işğaldan azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb.
Resorting.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin sədri Fərid Hüseynov deyib.
Qeyd edək ki, Böyük Qaydığış layihəsi çərçivəsində Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonlarında bir sıra kəndlərin yenidən qurulması, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, infrastrukturun qurulması işləri aparılır. Bu işlərə ümumilikdə 200 mln. AZN məbləğində öhdəlik ayrılıb.
F.Hüseynov bildirib ki, Kapital Bank üçün dövlət və sosial əhəmiyyətli layihələrdə iştirak olduqca vacibdir.