2024-cü ilin sonunda "Kapital Bank"ın xalis mənfətinin 180-190 milyon manat civarında olacağı gözlənilir

2024-cü ilin sonunda "Kapital Bank"ın xalis mənfətinin 180-190 milyon manat (BHMS üzrə isə 240 – 250 milyon manat) civarında olacağı gözlənilir.
Resorting.az-ın xəbərinə görə, bunu "Kapital Bank" ASC-də İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, “2024-cü ilin 10 ayı ərzində 169 milyon 606 min manat (BHMS üzrə isə 206 milyon 729 min manat) xalis mənfəət əldə etmişik".