Kapital Bank 140 min müştərinin məlumatlarının oğurlanmasının qarşısını alıb

Kapital Bank 140 min müştərinin məlumatlarının oğurlanmasının qarşısını alıb

Cari il ərzində 140 min müştərinin məlumatlarının oğurlanmasına cəhd edilsə də, Kapital Bank tərəfindən bu kimi arzuolunmaz halların qarşısı alınıb. Nəticədə 100 saxta sayt və min belə sosial şəbəkə hesabı bloklanıb.

Resorting.az-ın xəbərinə görə, bunu Kapital Bankın İdarə Heyətinin üzvi, baş risk inzibatçısı Cavid Mirzəyev Kapital Bank-ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. 

O bildirib ki, ötən illərlə müqayisədə bu cür cəhdlərin sayı 2 dəfə artıb: “Xüsusi olaraq qeyd etməliyik ki, Kapital Bank tərəfindən kiber hücumların qarşısının alınması üçün davamlı olaraq zəruri addımlar atılır”.