Hərracda 11 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 3-də keçirilən hərracda 11 nəqliyyat vasitəsi satılıb.
Resorting.Az xəbər verir ki, rəqabətli keçən hərracda start qiymətləri 10.500 və 10.750 manat olan “Toyota Camry” markalı avtomobillər müvafiq olaraq 15.550 və 16.600 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərraclar 10 və 17 mart tarixlərində keçiriləcək.
Satışa çıxarılan əmlakın siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
nigar