Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb

Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb
Türkiyənin Azərbaycandan uçan hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb

Resorting.Az-ın Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb.

Baş verən hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir:

"Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Xatırladaq ki, noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyənin yük təyyarəsi qəzaya uğrayıb.

Faktla bağlı istintaq aparılır.