Yeni kateqoriyalar artım trendini 2026-da da davam etdirəcək
2025-ci ildə Bolt platformasında istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlmiş bir sıra yeniliklər tətbiq olunub.
Resorting.Az xəbər verir ki, bu çərçivədə iki yeni kateqoriya — Prioritet və Video müşayiət istifadəyə verilib. Hər iki kateqoriya sərnişinlərə səfər zamanı daha çox seçim imkanı təqdim edir və fərqli ehtiyaclara uyğun həllər yaradır.
İl ərzində tətbiq olunan yeniliklər nəticəsində istifadəçi davranışında müsbət dinamika müşahidə olunub. Xüsusilə Video müşayiət kateqoriyası üzrə sifarişlər son 3 ayda 119,3% artım göstərib. Bu xidmətə ən yüksək tələbat gecə saatlarında, xüsusilə 22:00–23:00 aralığında qeydə alınıb. Bu da istifadəçilərin gecə səfərlərində əlavə təhlükəsizlik alətlərinə daha çox üstünlük verdiyini göstərir.
Sözügedən kateqoriya səfər zamanı real vaxtda müşahidə və canlı agent dəstəyi təqdim edir. Avtomobil daxilində quraşdırılmış kamera vasitəsilə səfər izlənilir və xüsusi təlim keçmiş agent prosesi nəzarətdə saxlayır.
Sərnişinlər istənilən anda agentlə əlaqə saxlaya, həmçinin yaxınlarını səfərə qoşa bilərlər. Zərurət yarandıqda operativ müdaxilə mümkündür. Xidmət xüsusilə tək səyahət edənlər və əlavə təhlükəsizlik istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Prioritet – daha sürətli uyğunlaşma
Prioritet kateqoriyası vaxtın xüsusi əhəmiyyət daşıdığı səfərlər üçün nəzərdə tutulub. Avropanın iri şəhərlərində insanlar tıxac səbəbindən ildə orta hesabla 75 saat vaxt itirirlər. Oxşar vəziyyət Azərbaycanda, xüsusilə Bakıda da müşahidə olunur.
Bu kateqoriya sürücü ilə daha sürətli uyğunlaşma imkanı yaradaraq gözləmə müddətini azaldır və təcili səfərləri daha proqnozlaşdırıla bilən edir. Prioritet üzrə ən yüksək sifariş aktivliyi isə 17:00–19:00 saatları arasında qeydə alınır ki, bu da pik hərəkət saatlarında xidmətə artan ehtiyacı göstərir.
Bolt Azərbaycan üzrə Baş Əməliyyat Meneceri Fərid Əbdulzadə bildirib:
“Biz innovasiyalara yalnız texnoloji yenilik kimi deyil, istifadəçilərin gündəlik təcrübəsini yaxşılaşdıran real həll kimi yanaşırıq. Yeni kateqoriyalar insanlara seçim imkanı verir və onların fərqli ehtiyaclarına uyğun xidmət təklif edir. Artan istifadə göstəriciləri bu yanaşmanın doğru istiqamətdə olduğunu göstərir.”
nigar