Bolt: Azərbaycanda sürücüləri gücləndirən və şəhər mobilliyinə innovasiya gətirən texnologiya platforması

Bir çoxlarının taksi şirkəti kimi tanıdığı Bolt, əslində taksi sifarişi, avtomobil icarəsi, elektrik skuterləri və velosipedləri, eləcə də qida çatdırılması sahələrini əhatə edən beynəlxalq texnologiya platformasıdır. Bolt Azərbaycanda yalnız texnologiya sahəsində deyil, həm də sürücülərin təhlükəsizliyi və rahatlığı istiqamətində innovativ yeniliklərlə çıxış edir.
“Bolt birbaşa nəqliyyat xidməti göstərən taksi şirkəti deyil,” – şirkətdən bildirilir. “Biz istifadəçilərlə sürücü, kuryer və avtopark kimi müstəqil xidmət təminatçılarını birləşdirən texnoloji vasitəçiyik.
” 2013-cü ildə Estoniyada yaradılan Bolt bu gün artıq 50-dən çox ölkə və 600-dən artıq şəhərdə fəaliyyət göstərir. Platforma 200 milyondan çox istifadəçiyə xidmət göstərir və dünya üzrə 4.5 milyondan çox sürücü və kuryerlə əməkdaşlıq edir.
Bolt necə işləyir?
Bolt ənənəvi taksi şirkətlərindən fərqli olaraq, nəqliyyat xidmətini birbaşa təqdim etmir:
● Sərnişin sifarişi tətbiq vasitəsilə verir
● Müstəqil sürücülər və ya avtopark tərəfdaşları sifarişi qəbul edir
● Bolt bu iki tərəf arasında texnoloji körpü rolunu oynayır
Bu model sayəsində sürücülər Bolt-un əməkdaşı deyil, müstəqil tərəfdaş kimi fəaliyyət göstərirlər.
İnnovativ platforma olaraq təqdim olunan yeniliklər
Bolt taksi xidmətində davamlı yeniliklər tətbiq etməyə davam edir. Xüsusilə təhlükəsizliyin artırılması məqsədilə bir sıra mühüm tədbirlər görülüb — sürücü və avtomobilin uyğunlaşdırılması, təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsi və digər yeniləmələr həyata keçirilib. Artıq bir neçə aydır ki, tətbiqdə Pick-up Code (Gedişin təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu kodu “Təhlükəsizlik” bölməsindən aktivləşdirə bilər.
- Ailə Profili – rahatlıq və təhlükəsizlik üçün yeni funksiya
İyul ayında qlobal miqyasda istifadəyə verilən “Ailə Profili” funksiyası bu istiqamətdə atılan növbəti addımdır. Yeni funksiya bir şəxsin öz hesabı vasitəsilə 9 nəfərə qədər ailə üzvü və ya yaxın tanışı üçün gedişləri idarə etməsinə və ödəniş etməsinə imkan verir. Ailə üzvləri fərdi hesabla sifariş verə bilsələr də, əsas hesab sahibi prosesi izləyə və aylıq limitlər təyin edə bilir.
Bu funksiya yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və Bolt-un mövcud təhlükəsizlik siyasətinə tam uyğundur. Ailə Profili xüsusilə yaşlı valideynlərə və ya tez-tez kömək tələb edən şəxslərə gediş sifariş etməkdə böyük rahatlıq yaradır.
- Yeni “video müşahidəli” kateqoriya – ilk dəfə Azərbaycanda
Təhlükəsizlik sahəsində növbəti yenilik — “video müşahidəli” kateqoriyasıdır. Bu xidmət ilk dəfə olaraq Azərbaycanda təqdim ediləcək və aşağıdakı funksiyaları özündə birləşdirəcək:
● Səfər zamanı audio və video yazı,
● Real vaxt onlayn agent dəstəyi,
● Yaxınları üçün taksi sifariş edən sərnişinlərə əlavə rahatlıq və nəzarət imkanı. Bu kateqoriya xüsusilə təhlükəsizlik baxımından əlavə təminat istəyən istifadəçilər üçün nəzərdə tutulub. Bolt Azərbaycanda təkcə hərəkəti deyil, həm də imkanları dəyişmək üçün fəaliyyət göstərir. Texnologiya, təhlükəsizlik və istifadəçi rahatlığına yönəlmiş yeniliklərlə Bolt şəhər mobilliyində fərq yaratmağa davam edir.