Səkinə Babayeva: Qadın sahibkarların gücü – sadəcə iqtisadi deyil, həm də ekoloji dəyişimin əsas hərəkətverici qüvvəsidir

Resorting.Az xəbər verir ki, bu sözləri Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva 12 sentyabr tarixində keçirilən “She Builds Green” konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, bu konfrans iqlim dayanıqlılığına qadın baxışını gündəmə gətirən dəyərli platformaya çevrilib.

"Spiker kimi iştirak etdiyim bu tədbirdə biz qadınların yaşıl iqtisadiyyatda oynadığı rolu, davamlı və innovativ biznes alətlərini müzakirə etdik. Qadın sahibkarların gücü – sadəcə iqtisadi deyil, həm də ekoloji dəyişimin əsas hərəkətverici qüvvəsidir", - deyə S.Babayeva əlavə edib.