Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.

Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən ilk seminara serbiyalı tanınmış mütəxəssis Aleksandar Kukoly rəhbərlik edib.

Resorting.az xəbər verir ki, texniki sessiyada milli komandanın məşqçilərindən Slavko Tekiç, Kotaro Sasaki, həmçinin yerli cüdo ekspertləri Orxan Səfərov, Asiman Allahverdiyev və Rafiq Nəcəfov iştirak ediblər. Üç gün davam edəcək təlimlərə 14 ölkədən 400-dən çox yeniyetmə cüdoçu qatılıb.

Qeyd edək ki, sabahdan etibarən ölkəmiz Avropa Cüdo Ümidləri Turnirinə ev sahibliyi edəcək.