Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə!

Burada avtobus zolağı ləğv olunub

Avtobus zolağı ləğv olundu; cərimə yazılmayacaq - Sürücülərin diqqətinə!
Burada avtobus zolağı ləğv olunub

Məlum olduğu kimi, bu gündən etibarən “Şamaxinka” adlanan ərazidə hərəkət işıqforlar vasitəsilə tənzimlənəcək.

Belə ki, yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.Eyni hal prospektin Mir Cəlal küçəsi ilə kəsişməsində də mövcuddur.

Avtosfer.az xəbər verir ki, edilən dəyişikliklərdən biri də Moskva prospektinin üzü Xırdalan istiqamətində 20 Yanvar küçəsi ilə kəsişməsində avtobus zolağı silinib. Bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu gün yaydığı videodan da aydın şəkildə görünür.

Məhz bu hissədə tıxacın aradan qaldırılması və hərəkət təhlükəsizliyi ilə bağlı layihənin bir hissəsi də işıqfora yaxınlaşarkən avtobus zolağının silinməsidir. Lakin sürücülər hələ də bu hissədə 1-ci zolaqla hərəkət etməkdən, dolayı yolla cərimələnməkdən çəkinir. Buna görə də məhz həmin hissədə geriyə dönənlər və düzünə hərəkət edənlər üçün cəmi 1 zolaq qalmış olur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən xüsusi zolaq nişanı da götürülüb.

“Şamaxinka”da nəqliyyat vasitələrinin hərəkətinin axıcılığını təmin etmək, tıxac yaranmamasına kömək etmək üçün həmin hissədə birinci zolağa girərək hərəkət etməyə çağırırıq. Bu hissədə xüsusi zolaq ləğv edilib. Avtosfer.az