Bu marşrut xətti müsabiqəyə çıxarıla bilər - AYNA-dan RƏSMİ AÇIQLAMA
AYNA 37 nömrəli marşrut xəttinin aqibəti ilə bağlı məsələyə aydınlıq gətirib
37 nömrəli marşrut xəttinin daşıyıcısına fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi, nəqliyyat vasitələrinin sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Resorting.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, tapşırığa əməl edilməyəcəyi təqdirdə, marşrut müsabiqəyə çıxarılacaq.
Qeyd edək ki, 37 nömrəli marşrut xətti ilə Bakının bir nöqtəsindən digər təyinat nöqtəsinə hərəkət etməli olan sərnişin saatlarla gözləməli olur.
nigar