ADSEA gücləndirilmiş rejimdə çalışır, amma Bakıda küçələrin bir hissəsi suyun altındadır - Anoloji hadisə neçə dəfə təkrarlanacaq?

ADSEA gücləndirilmiş rejimdə çalışır, amma Bakıda küçələrin bir hissəsi suyun altındadır - Anoloji hadisə neçə dəfə təkrarlanacaq?

ADSEA gücləndirilmiş rejimdə çalışır, amma Bakıda küçələrin bir hissəsi suyun altındadır - Anoloji hadisə neçə dəfə təkrarlanacaq?
ADSEA - subasma

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır. Bu barədə ötən gün başlayan intensiv yağışlarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilib. Agentlik görülən işlərlə bağlı yaydığı press-relizdə qeyd olunur ki, intensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir.

Agentlik etiraf edir ki, drenaj sistemlərinin olmadığı yollarda ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir: "Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada iri mərkəzləşmiş içməli və tullantı su şəbəkələri mövcud deyil".

"Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək ərazilərdə toplanan yağış sularını istismar qaydalarının mümkün şərtləri çərçivəsində idarə edirlər" - deyə Agentliyin məlumatında qeyd olunur. 

Agentliyin məlumatında, həmçinin qeyd olunub ki, tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur: "Bütün sukanal idarələrində intensiv yağışlarla bağlı növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunub. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb olunub". 

Məlumat üçün xatırladaq ki, anoloji hal 2024-cü ilin oktyabr ayında da müşahidə edilmişdi. Lakin görünən budur ki, problemin köklü həll olunması istiqamətində hər hansı tədbir görülməyib. Agentliyin məlumatından da belə başa düşülür ki, bu kimi hallar baş verdikdə ADSEA həmin anda ortaya çıxacaq problemi həll etməyə çalışacaq. 

Qeyd edək ki, ötən gün və bu gün olmaqla Bakının bir çox yolları və küçələrini su basıb. Bəzi avtomobillər suyun altında qalıb, sürücülər köməksiz vəziyyətdə ətrafdakılardan yardım istəyib.

Yalnız şəhərin mərkəzi küçələri deyil, Saray qəsəbəsi, Bakı-Sumqayıt yolu da yararsız vəziyyətə düşüb.

Maraqlıdır, növbəti anoloji hava şəraiti müşahidə edildikdə yenə də eyni vəziyyət yaranacaqmı?