Müharibə bölgəsində ilk böyük mübadilə: Atəşkəs çərçivəsində əsirlər dəyişdirildi

Müharibə bölgəsində əldə olunan atəşkəs nəticəsində əsirlərin mübadiləsi başlayıb

Müharibə bölgəsində ilk böyük mübadilə: Atəşkəs çərçivəsində əsirlər dəyişdirildi
Müharibə bölgəsində ilk böyük mübadilə: Atəşkəs çərçivəsində əsirlər dəyişdirildi

Resorting.Az xəbər verir ki, İsrail və Qəzza arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının ilk mərhələsi uğurla icra edilib.

Belə ki, on illik münaqişə tarixində ilk dəfə olaraq, tərəflər arasında onlarla əsir və girov mübadiləsi həyata keçirilib. Bu mübadilə regionda uzunmüddətli sülhə dair ümidləri artırsa da, siyasi müşahidəçilər razılaşmanın davamlılığı üçün çətinliklərin hələ qaldığını bildirirlər.

Xatırladaq ki, bir neçə gün öncə Qəzza ilə bağlı İsrail və HƏMAS arasında razılıq əldə olunub. Əldə olunmuş razılaşmalara görə, HƏMAS 72 saat ərzində sağ qalan girovları İsrail hakimiyyətinə təhvil verməli, İsrail ordusu isə 24 saat ərzində anklavdan qoşunların qismən çıxarılmasına başlamalıdır.