Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb Sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.





⤵️