Vüqar İskəndərov: “Türk dünyası gənclərin inteqrasiyası ilə daha da güclənəcək”
Millət vəkili türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb.
Join our subscribers list to get the latest news, updates and special offers directly in your inbox
Resorting.Az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində millət vəkili, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov çıxış edib.
Deputat tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər türk dövlətləri arasında birliyin möhkəmlənməsinə xidmət edir:
“Artıq dünyada yeni siyasi dizayn formalaşır. Bu prosesdə dövlətlərin mövqeyi və baxışları açıq şəkildə ortaya qoyulmalıdır. Türk dünyası xalqları və dövlətləri də gələcək inkişaf yolunu müəyyən etməli və müasir dövrün çağırışlarına cavab verməlidir. Dövlət başçılarımız bu sahədə siyasi iradə nümayiş etdirib və bu iradənin davamlı olması vacibdir”, – deyə Vüqar İskəndərov qeyd edib.
Millət vəkili türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, ortaq əlifba məsələsi artıq konkret həllini tapmalı və bu istiqamətdə alimlərin iştirakı ilə xüsusi komissiya yaradılmalıdır:
“Əgər biz vahid türk dünyası qurmaq istəyiriksə, ortaq əlifba və ortaq dil məsələsi labüd xarakter alır. Bu istiqamətdə elmi işlər görülməli və praktik addımlar atılmalıdır”, – deyə deputat bildirib.
O, həmçinin gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
“Dünya sürətlə dəyişir. Gənclərimiz bu dəyişikliklərə uyğun şəkildə hazırlanmalıdır. Türk dövlətləri arasında təhsil mübadiləsi proqramları həyata keçirilməli, hər bir ölkə müəyyən faiz tələbəni digər türk dövlətlərində oxumağa göndərməlidir. Bununla yanaşı, gənclər arasında yay düşərgələri, vətənpərvərlik oyunları və müxtəlif birgə tədbirlər təşkil olunmalıdır. Bu, gələcəkdə ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edəcək”, – deyə Vüqar İskəndərov çıxışında bildirib.
Deputat çıxışını Türk dünyasının birliyinə dair arzularla tamamlayıb:
“Bizim ortaq tariximiz, dilimiz, ədəbiyyatımız, fəlsəfəmiz var. Bu birliyi heç kim poza bilməz. Əsas məsələ xoş sözlərdə deyil, real addımlar atmaqdır. İnşallah, bu tədbirdə səslənən təkliflər nəzərə alınacaq və davamlı işlərin görülməsi üçün yeni imkanlar yaradılacaq. Tanrı birliyimizi daim etsin”, – deyə millət vəkili vurğulayıb.
nigar Dec 8, 2025 0 13
nigar Dec 10, 2025 0 11
nigar Dec 11, 2025 0 11
nigar Dec 12, 2025 0 10
nigar Dec 12, 2025 0 10
nigar Dec 8, 2025 0 13
nigar Dec 10, 2025 0 11
nigar Dec 11, 2025 0 11
nigar Dec 12, 2025 0 10
nigar Dec 12, 2025 0 10
nigar Nov 1, 2025 0 13
nigar Oct 15, 2025 0 22
nigar Sep 25, 2025 0 20
nigar Sep 24, 2025 0 36
nigar Nov 1, 2025 0 13
nigar Oct 15, 2025 0 22
nigar Sep 25, 2025 0 20
nigar Sep 24, 2025 0 36
nigar Nov 29, 2025 0 12
2025-ci il noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda...
nigar Nov 27, 2025 0 11
Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” stimullaşdırıcı lotereyası çərçivəsində...
nigar Oct 19, 2025 0 26
Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa, minilliklərin sirlərini özündə daşıyan...
nigar Oct 17, 2025 0 22
“AzerGold” QSC 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley...
nigar Oct 11, 2025 0 30
Müharibə bölgəsində əldə olunan atəşkəs nəticəsində əsirlərin mübadiləsi başlayıb
nigar Dec 8, 2025 0 13
Azaddan qız valideynlərinə MESAJ - VİDEO - FOTOLAR
nigar Nov 29, 2025 0 15
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov...
nigar Nov 29, 2025 0 14
Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə...
nigar Nov 12, 2025 0 13
9–11 noyabr tarixlərində qədim Gəncə şəhəri aerobika gimnastikası üzrə gənclər və...
nigar Oct 5, 2025 0 23
ABŞ Federal Ehtiyat Sistemi (Fed) son iclasında uçot dərəcəsini 25 baza bəndi endirərək...
Resorting.Az xəbər verir ki, qlobal fond bazarlarında texnologiya sektorunun, xüsusilə də Süni İntellekt (AI) infrastrukturuna əsaslanan şirkətlərin yüksəlişi davam edir. NASDAQ birjası bu həftə AI ilə bağlı məlumatların təsiri altında yüksəliş nümayiş etdirib; çip istehsalçıları və yarımkeçiricilər əsas lokomotiv rolunu oynayır.
Aparıcı AI çip şirkətləri, xüsusilə "NVIDIA"nın, bazar dəyəri və səhmlərinin qiyməti yeni rekordlara imza atıb. Süni İntellektə investisiya qoyuluşu o qədər sürətlənib ki, "OpenAI" kimi şirkətlər 2025-ci ilin birinci yarısında əldə etdikləri gəlirlə 2024-cü ilin bütün il ərzindəki gəlirini artıq 16% üstələyiblər. Bu sahədəki inkişaflar təkcə texnologiya səhmlərini deyil, həm də AI tərəfdaşlıqları sayəsində pərakəndə ticarət (e-ticarət) nəhəngi olan "Shopify" kimi digər şirkətlərin də qiymətini yüksəldir.