AQSİA İctimai Birliyinin “Qadın sahibkarlığa yeni nəfəs” adlı biznes forumu uğurla baş tutub
AQSİA İctimai Birliyinin Gəncə şəhərində təşkil etdiyi “Qadın sahibkarlığa yeni nəfəs” adlı biznes forumu uğurla baş tutdu.

Resorting.Az xəbər verir ki, tədbirdə BSC MMC-nin Gəncə filialının kollektivi də fəal iştirak etdi.
Qeyd edək ki, BSC qadın sahibkarlara onların inkişafı yolunda hər zaman dəstəyini nümayiş etdirir, qadınların iş dünyasında daha da irəliləməsi, cəmiyyətimizdə sahibkarlığın güclənməsi üçün daim yeni imkanlar yaradır.