Fevral ayında “Çağrı Mərkəzi”nə 638 zəng daxil olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (012 599 79 75) 2026-cı ilin fevral ayı ərzində ümumilikdə 638 zəng daxil olub.

Fevral ayında “Çağrı Mərkəzi”nə 638 zəng daxil olub
Fevral ayında “Çağrı Mərkəzi”nə 638 zəng daxil olub

Resorting.Az xəbər verir ki, daxil olan müraciətlərdən 301-i yerindəcə cavablandırılıb, 217 müraciət isə araşdırma aparıldıqdan sonra vətəndaşlara geri zəng edilməklə cavablandırılıb. Həmçinin 110 müraciət aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Bununla yanaşı, paytaxt və bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda yaranmış problemlərlə bağlı daxil olan 10 müraciət operativ şəkildə qeydə alınaraq dərhal müvafiq rayonlar üzrə tabeli təşkilatlara çatdırılıb.

Görülmüş operativ tədbirlər nəticəsində həmin yol sahələrində avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti qısa müddət ərzində bərpa edilib.

YOLUNUZ AÇIQ OLSUN!