“Yeni media və effektiv kommunikasiya” mövzusunda təlim keçirildi

11 may 2025-ci il tarixində "PR Point Baku"nun təşkilatçılığı ilə Bakıda “Yeni media və effektiv kommunikasiya” mövzusunda türkiyəli jurnalist, Antalya Jurnalistlər Cəmiyyətinin sədri, RATEM – Radio Televiziya Yayımçıları Peşə Birliyinin sədr müavini və Türkiyə Jurnalistlər Konfederasiyası İdarə Heyətinin üzvü İdris Taşın təqdimatında jurnalistlər üçün təlim keçirilib.
Resorting.az xəbər verir ki, "PR Point Baku"nun təsisçisi və direktoru Aida Ramiz Azərbaycan və Türkiyə jurnalistikası arasında mövcud əlaqələrdən və bu cür təlimlərin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, bu əhəmiyyətli tədbirə “Tea You Me” kofeşop və restoranlar şəbəkəsi ev sahibliyi edib.