Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən dünyanın ən titullu sumo ustası ilə görüş baş tutub
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən dünyanın ən titullu sumo ustası, dəfələrlə Ginnesin Rekordlar Kitabına düşmüş sumonun əfsanəsi olan Hakuho Sho ilə görüş baş tutub.

Resorting.Az xəbər verir ki, görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Sumo Dünya Çempionatı barədə ətraflı məlumat verilib, çempionatın rəsmi maskotu Azumonu təqdim edilib.
Bu əlamətdar görüşdə Assosiasiyanın vitse-prezidentləri Ülvi Ağamirov və Toğrul Ruslanoğlu, həmçinin yığma komandamızın idmançısı Cavid Yusifov iştirak etdilər.