Qəbul edilmiş yeni standartların təbliği ilə bağlı əməkdaşlıq görüşü keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlığa dair onlayn görüş təşkil olunub.

Resorting.Az xəbər verir ki, görüşün əsas məqsədi qəbul edilmiş yeni standartların geniş ictimaiyyətə çatdırılması, iş yerlərində tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlılığın artırılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət planının hazırlanması, maarifləndirmə və təlimlərin təşkil olunmasıdır.
İclasda qəbul edilmiş yeni standartların əmək sahəsində tətbiq imkanları müzakirə olunub, maarifləndirmə işlərinin əsas istiqamətləri üzrə təkliflər səsləndirilib. Tərəflər bu tədbirlərin vahid fəaliyyət planı əsasında həyata keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, bugünə qədər əməyin mühafizəsi sahəsində ümumilikdə 93 standart qəbul olunub.