Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdirilir.

Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM
Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM

Resorting.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevı Sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Qeyd edək ki, Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.