Çinin kompüter texnologiyaları şirkəti ilə görüş keçirilib

Çinin kompüter texnologiyaları şirkəti ilə görüş keçirilib

Şirkətlə Azərbaycanda noutbukların istehsalının lokallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında görüş keçirilib. 

Resorting.az xəbər verir ki, görüşdə şirkət tərəfindən ölkəmizdə noutbukların istehsalının lokallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, aprel ayının 17-də keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO və “Shenzhen Hasee Computer Co.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.