BDU-ya qəbul olunanların 496 nəfəri 600-dən yuxarı bal toplayıb
Ən üksək nəticəni isə 697.5 balla “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olan Çiçək Hümmətli göstərib.

2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq qəbul olan 5460 nəfərdən 496-sı 600-dən çox, 930-u 500-600 arası bal toplayıb.
Resorting.az xəbər verir ki, ən yüksək nəticəni isə 697.5 balla “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olan Çiçək Hümmətli göstərib.