Yusuf Güney Bakıda konsert verəcək

Türkiyəli məşhur müğənni Yusuf Güney 9 noyabr saat 20:00-da Bakıda, Hayal Kahvesində səhnəyə çıxacaq.

Yusuf Güney Bakıda konsert verəcək
Yusuf Güney Bakıda konsert verəcək!

Resorting.Az xəbər verir ki, NN Film AZ-ın təşkilatçılığı ilə baş tutacaq bu konsert paytaxtdakı musiqisevərlər tərəfindən böyük maraqla və səbrsizliklə gözlənilir.

Yusuf Güney repertuarında yer alan sevilən mahnılarını canlı ifa edəcək və izləyicilərinə unudulmaz musiqi axşamı bəxş edəcək. Hayal Kahvesində keçiriləcək bu konsertin biletlərinə artıq tələbat yüksəkdir. Musiqisevərlər sevdikləri sənətçi ilə eyni səhnə atmosferini paylaşmaq üçün günləri sayırlar.