“SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” şirkətinin rəsmisi Serkan Kamer: "Azərbaycan bizim evimizdir "
"Fairmont Baku" hotelində şirkətin Azərbaycanda fəaliyyətinin 15 İlinə həsr olunan böyük tədbir keçirilib.
1998-ci ildən “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” şirkətində çalışıram. Artıq 15 ildir ki, Azərbaycanda filial direktoru olaraq xidmət göstərirəm. Ümid edirəm ki, bundan sonrakı illərdə daha böyük yubileylərimizi qeyd edərik.
Bunu Resorting.Az-a açıqlamasında SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Serkan Kamer deyib.
"Azərbaycan bizim evimizdir. Həqiqətən də biz iki dövlət bir millətik", - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün "Fairmont Baku" hotelində şirkətin Azərbaycanda fəaliyyətinin 15 İlinə həsr olunan böyük tədbir keçirilib.

nigar