Türkiyə Prezidenti: Rusiya-Ukrayna münaqişəsinin həlli liderlər səviyyəsində müzakirə edilməlidir
Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində müzakirələr təşkil edir, amma bu məsələ liderlər səviyyəsində müzakirə edilməlidir.
Or register with email
Join our subscribers list to get the latest news, updates and special offers directly in your inbox
Resorting.Az xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərinin yekunlarına dair təyyarədə jurnalistlərlə söhbətində ifadə edib.
Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Ukrayna müharibəsinin ədalətli sülhlə başa çatmasını müzakirə etdiyini diqqətə çatdıran Türkiyə lideri qeyd edib ki, İstanbuldakı görüşlər bu yolun açıq olduğunun aydın şəkildə isbatıdır. “Müzakirələrin səviyyəsinin mərhələli şəkildə yüksəldilməsi bizim arzu etdiyimiz yoldur. Sülhə olan ümidlər əsaslı və konkret nəticələrlə doğrulmalıdır. Bunun üçün liderlər səviyyəsində bu məsələni müzakirə etmək zərurəti yaranıb”, -deyə Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Putinlə ABŞ və Rusiya liderlərinin Alyaska görüşünün nəticələrini də müzakirə edib. “Putinin ABŞ Prezidenti Donald Tramp ilə apardığı müzakirələr çox əhəmiyyətlidir. Biz bu məsələdə Rusiya Prezidentinin fikirlərini öyrəndiyimiz kimi, eyni zamanda, Ukrayna lideri Volodimir Zelenski ilə də ayrıca telefon diplomatiyası apardıq. Onunla söhbətimiz əsnasında Ukraynanın Putinin mövqeyinə, Alyaska sammitinin nəticələrinə münasibətini də aydınlaşdırdıq. Həm Zelenski, həm də Putinin məsələyə yanaşmaları müsbətdir. Türkiyənin İstanbul prosesinin davam etdirilməsi ilə bağlı mövqeyinə də etiraz etmədilər, amma hələ buna hazır deyillər”, -deyə Türkiyəni dövlət başçısı əlavə edib.
Ərdoğan Ukraynada müharibənin başa çatdırılması məsələsində Avropa liderləri ilə də təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri və kəşfiyyat xidmətinin rəhbəri Aİ-nin müvafiq qurumları ilə məsləhətləşmələr aparırlar. Taxıl sövdələşməsi və hərbi əsrilərin azad edilməsi üzrə Ankaranın uğurlu addımlarını diqqətə çatdıran Türkiyə lideri qeyd edib: “Bu prosesin davam etdirilməsi istiqamətində konkret addımlar atırıq. Müsbət nəticə əldə olunacağına ümid edirik. Putinlə keçirdiyim görüşdə də bu məsələni gündəmə gətirdim. Sülhə nail olmaq üçün birlikdə fürsət pəncərəsini axıra qədər açacağıq”.
nigar Nov 3, 2026 0 18
nigar Nov 8, 2026 0 13
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 11
nigar Nov 3, 2026 0 18
nigar Nov 8, 2026 0 13
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 11
nigar Nov 8, 2026 0 11
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 12
nigar Nov 3, 2026 0 18
nigar Nov 8, 2026 0 11
nigar Nov 8, 2026 0 12
nigar Nov 8, 2026 0 12
nigar Nov 3, 2026 0 18
nigar Jul 9, 2026 0 61
Ölkənin ilk korporativ IPO-su olan PAŞA Bank səhmlərinə abunə yazılışı müddətində...
nigar Mar 11, 2026 0 82
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil...
nigar Jan 31, 2026 0 57
Türkiyə zəngin tarixi irsi, füsunkar təbiəti, mədəni müxtəlifliyi və əsrlər boyu...
nigar Jan 23, 2026 0 61
Səyyahların şamadanları ilə bağlı narahatlığı sona çatdı
nigar Jul 5, 2026 0 41
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli...
nigar Jan 31, 2026 0 65
2026-cı il üçün gəlir hədəfi isə 68 milyard dollar olaraq müəyyən edilib.
Resorting.Az xəbər verir ki, qlobal fond bazarlarında texnologiya sektorunun, xüsusilə də Süni İntellekt (AI) infrastrukturuna əsaslanan şirkətlərin yüksəlişi davam edir. NASDAQ birjası bu həftə AI ilə bağlı məlumatların təsiri altında yüksəliş nümayiş etdirib; çip istehsalçıları və yarımkeçiricilər əsas lokomotiv rolunu oynayır.
Aparıcı AI çip şirkətləri, xüsusilə "NVIDIA"nın, bazar dəyəri və səhmlərinin qiyməti yeni rekordlara imza atıb. Süni İntellektə investisiya qoyuluşu o qədər sürətlənib ki, "OpenAI" kimi şirkətlər 2025-ci ilin birinci yarısında əldə etdikləri gəlirlə 2024-cü ilin bütün il ərzindəki gəlirini artıq 16% üstələyiblər. Bu sahədəki inkişaflar təkcə texnologiya səhmlərini deyil, həm də AI tərəfdaşlıqları sayəsində pərakəndə ticarət (e-ticarət) nəhəngi olan "Shopify" kimi digər şirkətlərin də qiymətini yüksəldir.