Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı
Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb.
Resorting.Az xəbər verir ki, belə ki, ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan “Qayıt İş” layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. “Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik. Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır”.
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
RU
Очередная инициатива экосистемы Bir в Карабахе: открыт новый офис телепродаж m10 и MilliÖn
Экосистема Bir, отличающаяся значительным вкладом в экономическое развитие страны, в частности в процесс восстановления и возрождения Карабаха, реализовала очередную инициативу, направленную на возвращение жизни в освобождённые территории. Так, накануне в городе Физули в рамках проекта «Qayıt İş» состоялось открытие нового офиса для телепродажных сервисов m10 и MilliÖn. Проект осуществлён при поддержке Государственного агентства занятости, действующего при Министерстве труда и социальной защиты населения.
В церемонии открытия приняли участие министр труда и социальной защиты населения Анар Алиев, специальный представитель Президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов, председатель правления Государственного агентства занятости Садиг Алиев, официальные представители экосистемы Bir – председатель правления Kapital Bank Фарид Гусейнов и главный исполнительный директор PashaPay Самир Мамедов.
Комментируя проект, председатель правления Государственного агентства занятости Садиг Алиев высоко оценил открытие новых предприятий, что способствует устойчивому расселению в Карабахе. Он отметил, что проект «Qayıt İş», являющийся образцовым примером сотрудничества государства и частного сектора, преследует не только цель создания новых рабочих мест, но и способствует социально-экономическому развитию Физулинского района, поддерживая устойчивую занятость переселённых жителей на родной земле. По словам Садига Алиева, подобные инициативы и впредь будут поддерживаться, а услуги по обеспечению занятости граждан, возвращающихся в свои родные края, будут оказываться на постоянной основе.
Официальный представитель экосистемы Bir, председатель правления Kapital Bank Фарид Гусейнов назвал эту инициативу ярким примером успешного государственно-частного партнёрства. «Каждая наша поездка в Карабах – это особое чувство: здесь ощущается энергия обновления и ритм возрождения. И на этот раз экосистема Bir реализовала ещё одну инициативу на родной земле. В Физули мы открыли новый офис для телепродажных сервисов m10 и MilliÖn. Главное для нас заключается в том, что все молодые сотрудники офиса являются жителями Физули, которые вернулись в родной город. Для нас особенно важно, что они строят карьеру и планируют своё будущее именно здесь. Это не просто проект, это реальная ценность. В целом наша цель состоит в том, чтобы как частный сектор внести вклад в масштабный процесс восстановления, осуществляемый государством в Карабахе, и стать активным участником формирующейся здесь новой экономической жизни» – отметил он.
Цель проекта заключается в создании устойчивых рабочих мест для жителей, возвращающихся в регион, а также в развитии цифровых платёжных сервисов в Карабахе. В соответствии с этой миссией сотрудники нового офиса были отобраны среди жителей Физули. Государственное агентство занятости направило 14 горожан, вернувшихся в свой родной город после исторической победы, и они уже присоединились к команде экосистемы в качестве сотрудников офиса. В ближайшее время планируется увеличить численность команды до 20 человек.
Экосистема Bir объединяет под единым брендом ведущие марки страны – Birbank, Birmarket, m10 и MilliÖn. Одновременно экосистема сотрудничает со стратегическими партнёрами, такими как Trendyol Азербайджан и BakıKart, расширяя сферу своего влияния и обогащая клиентский опыт. Благодаря этой интеграции пользователи могут совершать QR-платежи в сети партнёров и в общественном транспорте, оформлять покупки в рассрочку в Birmarket с помощью Birbank, оплачивать товары на платформе Trendyol Азербайджан с использованием карт рассрочки Birbank, а также пользоваться единой бонусной программой и множеством других инновационных решений. Весь спектр этих возможностей строится на четырёх ключевых концепциях экосистемы – Единый вход, Единый бонус, Единый платёж и Единая кредитная платформа. Такой подход обеспечивает клиентам быстрый, удобный, выгодный и безопасный сервис.
ENG
Bir Ecosystem launches another initiative in Karabakh: new office for m10 and MilliÖn telesales services opens in Fuzuli
Bir Ecosystem, recognized for its significant contribution to the country’s economic development, particularly in the process of restoring and revitalizing Karabakh, has implemented another initiative aimed at bringing life back to the liberated territories. Recently, in the city of Fuzuli, a new office for the telesales services m10 and MilliÖn was inaugurated within the framework of the “Qayıt İş” project. The project was carried out with the support of the State Employment Agency under the Ministry of Labor and Social Protection of Population of the Republic of Azerbaijan
The opening ceremony was attended by the Minister of Labor and Social Protection of Population ot the Republic of Azerbaijan Anar Aliyev, the Special Representative of the President of the Republic of Azerbaijan in the Aghdam, Fuzuli and Khojavand districts Emin Huseynov, the Chairman of the Board of the State Employment Agency Sadiq Aliyev and official representatives of the Bir Ecosystem – the Chairman of the Board of Kapital Bank Farid Huseynov, and the Chief Executive Officer of PashaPay Samir Mammadov.
Commenting on the project, Sadiq Aliyev, Chairman of the Board of the State Employment Agency, highly appreciated the opening of new enterprises, emphasizing their contribution to sustainable settlement in Karabakh. He noted that the “Qayıt İş” project, being a model example of state-private sector cooperation, not only aims to create new jobs but also contributes to the socio-economic development of Fuzuli district, supporting sustainable employment for resettled residents in their native land. According to Sadiq Aliyev, such initiatives will continue to receive support, and services ensuring employment for citizens returning to their home regions will be provided on an ongoing basis.
Farid Huseynov, Chairman of the Board of Kapital Bank and official representative of the Bir Ecosystem, called this initiative a vivid example of successful public-private partnership. “Every trip we make to Karabakh brings a special feeling: one can sense the energy of renewal and the rhythm of revival here. This time, the Bir Ecosystem has implemented yet another initiative on our native land. In Fuzuli, we opened a new office for the telesales services m10 and MilliÖn. What matters most to us is that all young employees of the office are residents of Fuzuli who have returned to their hometown. It is especially important for us that they build their careers and plan their future right here. This is not just a project, it is a real value. Overall, our goal is to contribute, as a private sector entity, to the large-scale restoration process being carried out by the state in Karabakh and to become an active participant in the new economic life emerging here” he said.
The project aims to create sustainable jobs for residents returning to the region and to strengthen digital payment services in Karabakh. In line with this mission, employees of the new office were selected from among Fuzuli residents. The State Employment Agency assigned 14 city residents who returned to their hometown following the historic victory, and they have already joined the ecosystem team as office staff. The team is expected to grow to 20 members in the near future.
Bir ecosystem unites the country’s leading brands, Birbank, Birmarket, m10 and MilliÖn, under one umbrella. At the same time, the ecosystem strengthens its impact and enriches customer experience by collaborating with strategic allies such as Trendyol Azerbaijan and BakıKart. Thanks to this integration, customers benefit from QR payments in partner networks and public transport, credit shopping on Birmarket via Birbank, installment payments on Trendyol Azerbaijan using Birbank cards, a unified bonus program and many other solutions. All these services are built on four core pillars of the ecosystem: Unified login, Unified bonus, Unified payment and Unified credit platform, which deliver fast, convenient, cost-effective and secure services to customers.
nigar